AZ

Bayden təxminən 2500 nəfərin cəzasını yüngülləşdirdi

ABŞ prezidenti Co Bayden zorakılıq olmadan narkotik cinayətlərinə görə məhkum edilmiş təxminən 2500 nəfərin cəzasını yüngülləşdirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ- da vergidən yayınma və qeyri-qanuni silah əldə etməkdə təqsirli bilinən oğlu Hunter Baydenin əfv edilməsi ilə bağlı reaksiyaların hədəfinə çevrilən prezident Co Bayden , zorakılığa əsaslanmayan narkotik cinayətlərində təqsirli bilinən təxminən 2500 nəfərin cəzasını yüngülləşdirdiyini açıqlayıb.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, yanvarın 20-də vəzifələrini yeni seçilmiş prezident Donald Trampa təhvil verəcək Bayden, açıqlamasında vəzifəsinin son günlərini “əlavə cəza azaldılması və əfvləri nəzərdən keçirməyə davam edəcəyini” bildirib. .

Aytən Yaşar/ Turkustan.az

Seçilən
3
turkustan.az

1Mənbələr