AZ

Ümumxalq partiyası bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.

YAP Nərimanov rayon təşkilatı sədrinin müavini Anar Abbasov bildirib ki, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırıb, siyasi mədəniyyətin təşəkkülünü təmin edib: “Yeni Azərbaycan Partiyası xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarına əsaslanaraq fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Cəmiyyətin bütün təbəqələrindən olan insanları sıralarında birləşdirən YAP yarandığı vaxtdan etibarən ölkədə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Heç şübhəsiz, növbəti bələdiyyə seçkiləri də partiyamızın daha bir uğur səhifəsi olacaq. Ümumxalq partiyası bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək”.

Bələdiyyə üzvlüyünə namizədlər İradə Qarayeva, Vüsal Cəfərli, Əliyar Həsənov və Kənan Mahmudov YAP-ın öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafında, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynadığını diqqətə çatdırıblar. Natiqlər YAP-ın seçki platforması barədə ətraflı məlumat verib, yeni dövrdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.

Seçilən
4
yeniazerbaycan.com

1Mənbələr