AZ

Azərbaycan alma, armud və heyva ixracından gəlirini 6 %-ə yaxın artırıb

2024-cü ildə Azərbaycan 109 min 787,9 ton alma, armud və heyva ixrac edib ki, bu da 2023-cü illə müqayisədə 5,7 % çoxdur.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il bu meyvələrin ixracından 70 milyon 165,8 min ABŞ dolları gəlir əldə olunub ki, bu da əvvəlki ilə nisbətən 5,8 % çoxdur.

"Azərbaycanda intensiv bağların sahəsinin ildən-ilə genişlənməsi xarici bazarlara daha çox çeşiddə kənd təsərrüfatı məhsulları ixrac etməyə imkan verir", - deyə nazirlik bəyan edib.

Seçilən
2
4
report.az

5Mənbələr