AZ

Azərbaycan xarici bazarlara nə qədər meyvə ixrac edib?

Azərbaycanda intensiv bağların sahəsinin ildən-ilə genişlənməsi xarici bazarlara daha çox çeşiddə kənd təsərrüfatı məhsulları ixrac etməyə imkan verir.

Kənd Təsərrüfatı Nazirliyindən "Unikal"a verilən məlumata görə, ötən il ölkəmizdən alma, armud və heyva ixracında həcm və dəyər olaraq artım qeydə alınıb.

Bildirilir ki, 2024-cü ildə xarici  bazarlara 109,787.9 ton alma, armud və heyva ixrac olunub ki, bu da 2023-cü ilin göstəricisindən 5,7% çoxdur. Fermer və sahibkarlar 2024-cü ildə alma, armud və heyva ixracatından 70,165.8 min dollar qazanc əldə ediblər ki, bu da bir il əvvəlki göstəricidən 5,8% çoxdur.
 

Seçilən
3
unikal.az

1Mənbələr