Bakı.Trend:
Ərəb ölkələrinin mediasında Misir-Azərbaycan DostluqCəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun "Qara Yanvarfaciəsinin 35-ci ildönümü" başlıqlı məqaləsi dərc edilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, məqalə Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair,Suriya, Livan və İraqın qəzet və portallarında işıq üzü görüb.
Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsindən geniş söhbət açancəmiyyət sədri onu Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünəqarşı mübarizəsi ilə müqayisə edib. Müxtəlif illərdə azadlıquğrunda meydanlara axışan misirlilərə və azərbaycanlılaraqəddarcasına divan tutulduğunu, faktlarla hər iki qətliamdaermənilərin fəal rol oynadığını yazıb.
Müəllif Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar qırğınınıAzərbaycan xalqının suveren hüquqlarına qəsd kimiqiymətləndirdiyini vurğulayıb.
Tədqiqatçı-alim Azərbaycana qarşı ikili standartlardan çıxışedildiyini, ermənilərə dəstək verildiyini diqqətə çatdırıb. Otuz ilərzində ermənilərin Qarabağda mədəni abidələrimizi dağıtdığını,məscidlərimizi təhqir edərək xarabalığa çevirdiyini xatırladıb.
Məqaləni aşağıdakı linklərdən oxumaq mümkündür:
https://alharir.info/113738-2/
https://elalmelarby.com/?p=56543
https://www.agnaden.net/?p=47114
https://3aagell.blogspot.com/2025/01/35.html
https://baladnaalyoum.blogspot.com/2025/01/35.html
https://aldostoure.blogspot.com/2025/01/35.html
https://daynewsfirest.blogspot.com/2025/01/35.html
https://thekingdom-news.com/?p=3576
https://www.raiaam.com/Website/maqal/103850
https://www.alnuhud.com/?p=154990
https://garbnews.net/news/s/241849