NATO-nun Ukraynadakı sülhməramlıları Rusiya ilə sərhəddə demilitarizasiya olunmuş bufer zonasının yaxınlığında yerləşdirilə bilər.
Turkustan.az xəbər verir ki, Britaniyanın "The Telegraph" qəzeti hərbi ittifaqların mümkün yerləşdirilməsi ssenarilərini göstərib.
NATO-nun sülhməramlı qüvvələri, o cümlədən Britaniya qoşunları Ukraynada cəbhə xətti boyunca yerləşdirilə bilər.
Bundan əlavə, Kiyevin müdafiəsi üçün NATO qoşunları gətirilə bilər ki, bu da Ukrayna Silahlı Qüvvələrinə diqqətini Rusiya qüvvələrinə yönəltməyə imkan verir.
Üçüncü halda, NATO əsgərləri Polşada yerləşən hava hücumundan müdafiə sistemlərinin mühafizəsi altında ölkənin qərb bölgələrində Ukrayna ordusuna təlim keçə bilər.
Bundan əvvəl "The Telegraph" xəbər vermişdi ki, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron münaqişəni dayandırmaq üçün hər hansı razılaşma əldə edildikdən sonra Ukraynaya sülhməramlı qüvvə kimi qoşun göndərilməsini gizli şəkildə müzakirə edirlər. Danışıqların təfərrüatlarının London və Paris rəsmiləri tərəfindən hələlik açıqlanmadığı dəqiqləşdirilir.
Aytən Yaşar/ Turkustan.az