AZ

Tovuzlu seçicilər inkişafa səs verəcəklər!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tovuz rayonu, Tovuz və Əlibəyli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə müasir dövlətçilik tarixinin möhtəşəm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyub: “Artıq yeni çağırışlar və reallıqlar fonunda ölkəmizin qarşısında növbəti hədəfləri gerçəkləşdirmək vəzifəsi durur. Aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası bu prosesə öz layiqli töhfələrini verəcəkdir”.

Seçki qərargahının üzvləri İlqar Kərimov və Mücaməddin Axundov YAP-ın bələdiyyə seçkilərinə qələbə əzmi ilə getdiyini bildirib. Partiyanın seçki proqramı barədə ətraflı məlumat verən natiqlər seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar. “Əminik ki, Tovuzlu seçicilər inkişafa səs verəcəklər!”, - deyə vurğulanıb.

Seçilən
2
yeniazerbaycan.com

1Mənbələr