AZ

Elektron Təhlükəsizlik Xidməti tərəfindən “AzerGold”da maarifləndirmə tədbiri təşkil olunub - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Azergold” QSC-nin əməkdaşları üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq və kibergigiyenanı təmin etmək məqsədilə maarifləndirmə tədbiri keçirib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə 35 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşı tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.

Tədbirlərin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”na uyğun olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq, kibergigiyenanı təmin etməkdir.

Təlim çərçivəsində əməkdaşların məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə təlimdən əvvəl və sonra test tapşırıqları icra edilib.

Elektron Elektron
Seçilən
9
apa.az

1Mənbələr