AZ

Səfir: Bakının mərkəzində Gürcüstan səfirliyinə ərazinin ayrılması əlaqələrimizin möhkəmləndirilməsi üçün çox vacibdir

Tbilisi, 17 yanvar, AZƏRTAC

Gürcüstanın yeni səfirliyi Azərbaycan paytaxtının mərkəzi hissəsində yerləşəcək ki, bu da dost ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze söyləyib.

Gürcüstanın Baş nazirinin Azərbaycana səfərini çox mühüm hadisə adlandıran diplomat deyib: “Bu gün Azərbaycan Prezidenti, Baş naziri ilə görüşlər keçirilib, hökumətlərarası iqtisadi komissiyanın iclası təşkil olunub. Gürcüstan səfirliyinin tikintisi üçün Azərbaycan hökumətinin ayırdığı torpaq sahəsinə baş çəkmək imkanımız oldu. Qeyd edək ki, torpaq sahəsi Azərbaycan paytaxtının mərkəzində yerləşir və 3500 kvadratmetr ərazini əhatə edir. Bu ərazidə Gürcüstan səfirliyi yerləşəcək. Bu ərazidə də müxtəlif layihələr həyata keçiriləcək, səfirin iqamətgahı, konsulluğun qəbul şöbəsi və səfirliyin əsas binası olacaq. Hesab edirəm ki, bu fakt qonşu və dost ölkələrimiz arasında əlaqələrin inkişafı və möhkəmlənməsi üçün çox vacibdir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Seçilən
9
azertag.az

1Mənbələr