Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ElektronTəhlükəsizlik Xidməti (ETX) “Azergold” QSC-nin əməkdaşları üçüninformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətiniformalaşdırmaq və kibergigiyenanı təmin etmək məqsədiləmaarifləndirmə tədbiri keçirib.
Trend xəbər verir ki,ümumilikdə 35 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşıtərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və“Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.
Tədbirlərin keçirilməsində məqsəd Azərbaycan RespublikasıPrezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “AzərbaycanRespublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyədair 2023 – 2027-ci illər üçün Strategiyası”na uyğun olaraqinformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətiniformalaşdırmaq, kibergigiyenanı təmin etməkdir.
Təlim çərçivəsində əməkdaşların məlumatlılıq səviyyəsininölçülməsi məqsədilə təlimdən əvvəl və sonra test tapşırıqları icraedilib.