“Mançester Yunayted”in baş məşqçisi, portuqal mütəxəssis Ruben Amorim “Sauthempton” üzərində əzmkar ev qələbəsini şərh edib.
Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində qəbul etdikləri “Sauthempton”u 3:1 hesabı ilə məğlub ediblər.
Matçdan sonra Amorim jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Çox çətin oyun oldu. “Sauthempton” xətlər arasındakı boşluqlardan əla istifadə etdi. Onların “20” nömrəsini (Kamaldin Suleman) dayandırmaq bizim üçün çətin idi.
Rəqiblərimizin güc-qüvvəsi tükənəndə biz yararlana bildiyimiz boş məkan əldə etdik. Məndə belə bir duyğu var ki, hələ görüləcək çox işimiz var. Komanda yorğundur. Çox yaxşı oynamadıq, amma qalib gələ bildik – bu, indi ən vacib xüsusdur”, – “TNT Sports” dərgisi Amorimdən sitat gətirir.
21 oyundan 26 xalla “Mançester Yunayted” İngilərə Premyer Liqasının yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Sauthempton” isə 6 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.
İngiltərə Premyer Liqasına 20 oyundan 47 xalla “Liverpul” başçılıq edir.