AZ

Pakistan orbitə ilk müşahidə peykini göndərib

Pakistan bu gün Çinin şimalındakı Jiuquan peyk buraxılış mərkəzindən kosmosa ilk yerli müşahidə peykini buraxıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Pakistan Kosmik və Üst Atmosfer Tədqiqat Komissiyası məlumat verib.

Qeyd olunub ki, peyk təbii ehtiyatları izləmək, fəlakətlərdən xəbərdar olmaq, şəhərsalma və kənd təsərrüfatının inkişafının yaxşılaşdırılması üçün istifadə ediləcək. Peyk Yer səthindən əks olunan və yayılan günəş işığını aşkar edərək məlumat və təsvirləri toplamaq üçün elektro-optik sensorlardan istifadə edir.

Baş nazir Şahbaz Şərif bildirib ki, SUPARCO-nun rəhbərlik etdiyi bu uğur ölkəmizin kosmik elm və texnologiya sahəsində artan imkanlarını nümayiş etdirir.

Hazırda 5 milyard dollarlıq bazar dəyəri ilə kosmik sənayesi ən sürətlə inkişaf edən sahələrindən biri hesab olunur. Novaspace bu bazarın 2033-cü ilə qədər 8 milyard dolları keçəcəyini proqnozlaşdırır.

Əfsanə Kamal
Demokrat.az


Seçilən
2
demokrat.az

1Mənbələr