Belçika millisi baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
"Yığmamız Domeniko Tedesko ilə əməkdaşlığı bitirib. Son iki il ərzində göstərdiyin fədakarlığa və ehtirasa görə təşəkkür edirik, Domeniko. Gələcəkdə hər şeyin ən yaxşısını arzulayırıq!" - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Domeniko Todesko Belçika millisinə 2023-ci ilin fevralında təyin olunub. Onun çalışdığı dövrdə yığma komanda AÇ-2024-də 1/8 finala və UEFA Millətlər Liqasında 3-cü yeri tutub. Son 8 matçda isə belçikalılar cəmi 1 qələbə qazanıblar.