Bakı, TurkicWorld
Türkiyədə Süni İntellekt Elm Komissiyası yaradılacaq
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə naziri Yılmaz Tunç deyib.
Nazir bu sahədə çalışan alimlərin olduğu, və ölkənin bu sahədə geridə qalmamalı olduğunu bildirib.
"Bu texnologiyanın yayılması şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün də məsuliyyətimizi artırır. Zərərli niyyətlə istifadə edilən alqoritm və ya proqram qərar qəbul edən zaman insanı səhv başa düşə bilər. Amma unutmayaq ki, texnologiya insanlara xidmət etməlidir, bəşəriyyət texnologiyaya xidmət etməməlidir.",- deyə o bildirib.
Qeyd edək ki, Tunç 2 oktyabr 2024-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən qərarla süni intellektin nailiyyətləri istiqamətində atılacaq addımları müəyyən etməyi, bu sahədə hüquqi infrastrukturun yaradılmasını və risklərin qarşısının alınması üçün tədbirlərin müəyyən edilməsini hədəfləyib.