AZ

"Xəyalpərəst" adlandırırdılar, 1 əsr əvvəl dedikləri bir-bir oldu

Alim və ixtiraçı professor Arçibald Montqomeri Lounun təxminən bir əsr əvvəl - 1925-ci ildə verdiyi proqnozlar özünü doğruldub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, onlayn şəcərə xidməti olan "Findmypast"də material yayımlanıb. Burada çalışan tədqiqatçılar Lounun proqnozlarını tarixi qəzet arxivlərindən toplayaraq ictimaiyyələ bölüşüb.

1888-ci ildə anadan olan Lou mühəndis, tədqiqatçı fizik, ixtiraçı və müəllif idi. Bir çox sahədə qabaqcıl işlər aparan, ilk motorlu pilotsuz uçuş aparatını icad edən Low, televiziyanın inkişafı üzərində çalışıb, təyyarə, torpedo qayıqları və idarə olunan raketlərdəki işlərinə görə "radio yönləndirmə sistemlərinin atası" kimi tanındı. 

Onun almanlar tərəfindən ən azı iki uğursuz sui-qəsd cəhdinə məruz qaldığı da məlumdur.

“Gələcək insanın həyatında bir gün” əsərindəki proqnozlarına görə professoru hətta “son dərəcə xəyalpərəst” adlandırırdılar, lakin dedikləri düz çıxdı.

1925-ci ildə London Daily News qəzetində çıxan xəbərə görə, bu proqnozlar arasında "şəxsi radio dəsti ilə ünsiyyət qurmaq, "səsgücləndiricilərdən xəbərləri dinləyərkən və televiziyada hadisələri izləyərkən səhər yeməyi yemək, yeriyən pilləkanlar, hərəkət edən səkilərlə alış-veriş etmək yer almışdı.

O yazırdı ki, evlərdəki televizor aparatı  və ya şəkilli qəzetlər ənənvi qəzetlərin yerini tutacaq. Elm adamı düşünürdü ki,  tək bir düyməyə basaraq qlobal yayımlara  çatmaq mümkün olacaq, cinayətkarları yaxalamaq üçün gizli kameralar və dinləmə cihazlarından istifadə ediləcək.

Təbii ki, bütün bunlar həmin dövrdə yaşayan insanlar üçün olduqca təəccüblü  və hətta qorxunc görünürdü.

Lounun "Gələcək" kitabının nəşrindən yüz il sonra onun bəzi proqnozları özünü doğrultdu. Lakin hər kəsin sintetik keçədən kostyum və papaq geyinəcyi barədə proqnozları isə reallaşmadı.

Billurə

Seçilən
5
olke.az

1Mənbələr