AZ

Moskva və Tehran strateji müttəfiq oldu

Vladimir Putin və İran lideri Məsud Pezeşkian Kremldə keçirilən danışıqlardan sonra iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.

“Burada (müqavilədə) iddialı məqsədlər qoyulur və ikitərəfli əməkdaşlığın uzunmüddətli perspektivdə – siyasət və təhlükəsizlik, ticarət və investisiya və humanitar sahələrdə dərinləşdirilməsi üçün təlimatları müəyyənləşdirir”, – Vladimir Putin mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya və İran əldə olunan vəzifələrdə dayanmamaqda və ölkələr arasında münasibətləri yeni səviyyəyə qaldırmaqda yekdildir. Rusiya prezidenti qeyd edib ki, sazişin mənası məhz bundan ibarətdir. Bundan əlavə, Vladimir Putin sənədi həqiqətən sıçrayış adlandırıb. “Sənəd Rusiya və İranın və bütün Avrasiya regionunun sabit və dayanıqlı inkişafı üçün lazımi şəraitin yaradılmasına yönəlib”, – o vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr