AZ

Husilər Amerikanın təyyarədaşıyan gəmisinə hücum ediblər

Yəmənin husilər hərəkatının (Ənsar Allah) yaraqlıları yenidən Amerikanın “USS Harry S. Truman” təyyarədaşıyan gəmisinə hücum ediblər.

Bu barədə hərəkatın hərbi qanadının mətbuat xidməti xəbər verir. Bu, Qırmızı dənizdə yerləşdirildikdən sonra təyyarədaşıyan gəmiyə üsyançıların yeddinci hücumudur. Hücum PUA-dan istifadə edilməklə həyata keçirilib və mətbuat xidmətinin məlumatına görə, uğurlu olub.

Eyni zamanda husilər İsrailin Eylat, Aşkelon və Təl-Əviv bölgəsindəki hədəflərinə də bir sıra raket zərbələri endirib.
“Ənsar Allah” dəfələrlə ABŞ-ın təyyarə gəmilərini vurduğunu iddia edib. “USS Harry S. Truman”a qarşı son hücum yanvarın 12-də baş verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr