ABŞ Ali Məhkəməsi “TikTok”un ölkədə bloklanması ilə bağlı qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Belə ki, qarşıya qoyulan şərtə görə, sosial platforma ABŞ-də öz sahibini tapmalıdır, əks təqdirdə ölkə Birləşmiş Ştatlar şəbəkəni boykot edəcək.
Qeyd edək ki, ABŞ Konqresinin əksər hissəsi və Ədliyyə Departamenti olduqca populyar tətbiqin ABŞ-nin milli təhlükəsizliyinə təhdid olduğunu müdafiə edir.
Bildirilib ki, şərtlər qəbul olunmazsa, iki gün sonra qərar qüvvəyə minəcək.