Türkiyə mətbuatı xəbər verir ki, saxta qızıl Türkiyə bazarlarını bürüyüb və onlar qədər “keyfiyyətlidir” ki, təmiz qızıldan ayırmaq çətindir.
“Bazarda saxta qızılla bağlı narahatlıq ən yüksək həddə çatıb. CNN TÜRK qrupu fırıldaqçıların yeni üsulunu araşdırıb. Zərgərlərin belə çətinliklə ayırd edə bildiyi saxta qızıllar da vətəndaşlarda çaxnaşma yaradıb”- CNN TÜRK xəbər verir.
Qızıl eksperti İsam Memiş qeyd edib ki, saxta pul axını yayda qiymətli metalın bahalaşması ilə əlaqələndirilə bilər. Ekspertin sözlərinə görə, fırıldaqçılar internet vasitəsilə saxta məlumatlar yayırlar. Zərgərlik mağazalarının sahibləri də tez-tez onların qurbanı olurlar. Saxta malların distribütorları ilə mübarizə aparmaq üçün qiymətli metal alverçiləri fırıldaqçıların fotoşəkillərini və videolarını çəkirlər.
//Samir Qurbanov, Editor.az