AZ

Cenevrədə keçirilən “Vəddən İcraya: Gələcək üçün Paktın və COP29 Öhdəliklərinin həyata keçirilməsi” adlı toplantı başa çatdı (FOTO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi iləbirgə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi 31-ci Ali-SəviyyəliToplantısı öz işini yekunlaşdırdı.

Trend xəbər verir ki,toplantı, ümumilikdə 25-dən çox ölkədən 40-dan çox nüfuzlu liderin,o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin CenevrəOfisinin baş direktorları, Beynəlxalq Telekommunikasiya İttifaqınınBaş Katibi və müavini, BMT‐nin Ticarət və İnkişaf üzrə KonfransınınBaş Katibinin iştirakı, eləcə də, Azərbaycan RespublikasınınEkologiya və Təbii Sərvətlər Naziri, COP29 Prezidentinin videomesajı ilə baş tutdu.

Qeyd edilir ki, tədbirin gedişatında qonaqlar müasir dövrdəqlobal idarəçilikdə qarşıya çıxan çətinliklər, inkişaf etməkdə olanölkələr üçün dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi,COP29-un verdiyi vədlərin icrası ilə praktik nəticələrə çatmaq vəqaçqın böhranının təsirləri kimi aktual məsələlər haqqında çıxışlarediblər.

Tədbirin əhəmiyyətini vurğulamaq üçün bildirək ki, tədbir martatında Bakıda baş tutacaq 12-ci Qlobal Bakı Forumuna hazırlıqməqsədi daşıyır. Belə ki, tədbir çərçivəsində Mərkəzin idarə heyətiüzvlərinin iştirakı ilə foruma hazırlıq məqədli iclas dakeçirilib.

Cenevrədə
Cenevrədə
Cenevrədə
Seçilən
17
1
az.trend.az

4Mənbələr