AZ

Maye yanacağın qiyməti artacaq



Qazaxıstanda maye yanacağın qiyməti artacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin
Energetika Nazirliyi məlumat verib. Bildirilib ki, fevralın 1-dən avtomobillər üçün yanacaq kimi istifadə olunan mayeləşdirilmiş neft qazının qiyməti artacaq.

Energetika nazirinin əmr layihəsinə əsasən, maye qazın topdansatış qiymətinin maksimum həddi 1 ton üçün 45 158 tengedən 51 932 təngəyə yüksələcək. Bu qərar istehsalçıların itkilərini kompensasiya etmək üçün verilib. Çünki istehsalın dəyəri bir ton üçün 65 min ilə 75 min tenge arasında dəyişir.

Nazirlik bəyan edib ki, istehsal müəssisələri modernləşdirmə və planlı təmir üçün vəsait tapmır. Mayeləşdirilmiş qaz istehlakı 2022-ci ildəki 1,8 milyon tondan 2024-cü ildə proqnozlaşdırılan 2,4 milyon tona yüksəlib.

Mehman Mehdiyev
Seçilən
2
newscenter.az

1Mənbələr