İrəvana uçan təyyarə kondisioner sistemindəki nasazlıq səbəbindən Mineralnıye Vodı hava limanında məcburi eniş edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Təyyarədə 86 sərnişin və 4 ekipaj üzvü olub.
Eyni zamanda, Zvartnots hava limanının mətbuat katibi Lusine Moqrovyan “Sputnik Ermənistan”a açıqlamasında təyyarənin “Red Wings” aviaşirkətinə məxsus olduğunu bildirib.
Uçuş Mineralnıye Vodıdan İrəvana həyata keçirilməli idi.