İspaniyalı yarımmüdafiəçi Ander Errera karyerasını Argentinada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Boka Xuniors" klubu onu heyətinə cəlb edib.
Sözügedən klubun mətbuat xidməti 35 yaşlı yarımmüdafiəçinin keçidini rəsmən elan edib. Argentinanın məşhur klubu onunla 2026-cı ilin sonuna qədər müqavilə imzalayıb. Errera "Boka Xuniors"a azad agent kimi keçib.
Yarımmüdafiəçinin son klubu "Atletik" olub. O, Bilbao təmsilçisinin heyətində bu mövsüm 14 oyuna çıxıb, qol vurmayıb.
"Saraqosa"nın yetirməsi olan Errera "Atletik"dən başqa, PSJ və "Mançester Yunayted" kimi nəhənglərdə də oynayıb.
Hazırda "Boka"da Edinson Kavani, Serxio Romero və Markos Roxo kimi tanınan oyunçular çıxış edir.
Mirağa