Fransız əsilli amerikalı kinorejissor Janno Şvarts 87 yaşında vəfat edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kinorejissorun oğlu Saşa Şvarts məlumat yayıb.
Rejissor yanvarın 14-də tənəffüs çatışmazlığından Fransanın Loş şəhərindəki Mərkəzi Xəstəxanada dünyasını dəyişib.
Şvarts təxminən 60 il kino sahəsində çalışıb. Onun məşhur filmlərinə "Jaws 2", "Santa Clause Movie" və "Supergirl" daxildir.