“Necə ki, müəllimlər sertifikasiya imtahanında iştirak etdikdən sonra artıq nəticəni bilirlər və bu nəticəyə uyğun olaraq qərarlarını verirlər, eynilə də abituriyentlər də buraxılış imtahanı və qəbulun birinci imtahanında iştirak edəndən sonra test tipli sualların cavablarını biləcəklər. Bundan sonra onlar qərar verəcəklər ki, növbəti imtahana daha tez hazırlaşsınlar və yaxud universitet sistemi, ixtisaslar haqqında düşünsünlər. Bu format açıq tipli tapşırıqların cavablarının açıqlanma vaxtını da xeyli azaldacaq”. Ekspert qeyd edib ki, inkişaf etmiş ölkələrin hamısının təhsil sistemində elektron formata keçid başlanılıb və bizim də bunu həyata keçirməyimiz təhsilin inkişafına dəstək verəcək.
Sevinc İbrahimzadə / Metbuat.az