Türkiyə bazarlarına realdan ayırd edilməyəcək qədər peşəkarlıqla hazırlanan saxta qızıllar buraxılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni növ saxta qızıllar ictimaiyyətin narahatlığına səbəb olub.
Məlumata görə, dələduzlar emalatxanalar, o cümlədən zərgərlik mağazaları açır, bazara aşağı dərəcəli və ya tamamilə saxta məhsullar çıxarırlar. Bu cür qızılların adətən internet vasitəsilə satıldığı bildirilir.