1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fələstinin HƏMAS hərəkatı israilli girovların azad edilməsi prosesinə yanvarın 19-da başlamaq üçün İsraildən atəşkəs razılaşmasının qüvvəyə minməsinə 48 saat qalmış Qəzza zolağında atəşi dayandırmağı tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Qətər, Misir və ABŞ yanvarın 19-da sazişin qüvvəyə minməsindən əvvəl HƏMAS və İsrail arasında atəşkəsin həyata keçirilməsini təmin etmək üçün böyük səylər göstərirlər. Vasitəçilər, həmçinin İsrail tərəfinə cümə günü HƏMAS ilə razılaşmanı təsdiqləməsi üçün təzyiq edirlər.