AZ

Rusiyadan İrana çəkiləcək qaz kəməri Azərbaycandan keçəcək

Moskva, 17 yanvar, AZƏRTAC

Rusiyadan İrana çəkiləcək qaz kəməri Azərbaycandan keçəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyov jurnalistlərə bildirib.

“Azərbaycandan keçən marşrut razılaşdırılıb. Biz indi danışıqların sonuncu - qiymətin təsdiqi mərhələsindəyik. Həcmlər artıq qeydə alınıb. Qiymət hər zaman kommersiya məsələsidir, kompromis axtarışıdır. Buna görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymətlə bağlı yanaşma işləyib hazırlayırlar”, - deyə nazir vurğulayıb.

O əlavə edib ki, birinci mərhələdə tədarük potensialı 2 milyard kubmetr təşkil ediləcək və perspektivdə bunu 55 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
14
2
azertag.az

3Mənbələr