AZ

Belçika millisindən qovulan Tedesku Ukrayna ilə oyunun nəticəsini proqnozlaşdırıb

Bu gün Belçika millisinin baş məşqçisi postundan kənarlaşdırılan Domeniko Tedesko artıq keçmiş sayılan komandasının Millətlər Liqasının pley-off mərhələsində Ukrayna ilə qarşılaşma barədə danışıb.

Fanat.Az xəbər verir ki, o, Belçika Futbol Federasiyasının mətbuat xidmətinə son açıqlamasında belə deyib:

“Bu komandanın baş məşqçisi olduğum üçün həmişə fəxr etmişəm və biz birlikdə böyük uğur qazanmışıq.

Mən 100 faiz əminəm ki, komanda Ukraynaya qalib gələcək və həm də problemsiz dünya çempionatına vəsiqə qazanacaq. Bu komanda hələ inkişafının başlanğıcındadır və yaxın illərdə sıçrayış edəcək”.

Belçika Kral Futbol Assosiasiyası Tedesco ilə əməkdaşlığa vaxtından əvvəl xitam verdiyini açıqlamışdı .

Domeniko 2023-cü ilin fevralında Belçika millisini çalışdırıb. Onun rəhbərliyi altında "Şeytanlar" 24 oyun keçirib (12 qələbə, 6 heç-heçə, 6 məğlubiyyət, top fərqi 41:19).

2024/25 Millətlər Liqasının qrup mərhələsində Belçika millisi A divizionunda öz kvartetində üçüncü yeri tutdu. Buna görə də yerlərini qorumaq üçün pley-offda oynayacaqlar. Belçikalıların rəqibi Ukrayna yığması olacaq. Ukrayna və Belçika arasında iki oyundan ibarət qarşıdurma martın 20 və 23-də baş tutacaq.
 

Seçilən
11
fanat.az

1Mənbələr