Qətərin baş naziri Qəzza danışıqları zamanı Dohanın şantaj və təzyiqlərə məruz qaldığını bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani “Əl-Ərəbiyyə”yə müsahibəsində deyib
O bildirib ki, Qətərin İsrail və HƏMAS arasında danışıqlarda vasitəçi roluna qarşı şantaj və “ucuz rüşvət” cəhdləri olub.
“Tənqidçilərimiz qışqırmaqla məhdudlaşır, lakin onlar Qəzza zolağında müharibəni dayandırmaq üçün heç nə etməyiblər. Biz şantaja sözlə deyil, razılaşmanın bağlanmasına səbəb olan konkret hərəkətlərlə cavab veririk”, – əl-Tani vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az