AZ

"Starship” raketi sınaq uçuşu zamanı parçalandı

Amerikalı milyarder İlon Maska məxsus “SpaceX” şirkətinə məxsus “Starship” raketi 7-ci sınaq uçuşu zamanı parçalanıb. Metbuat.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yer alıb. Məlumata görə, partlayış Meksika körfəzi və ya Karib dənizi üzərində baş verib. SpaceX-in sahibi Mask hadisənin videosunu X sosial media hesabında “Uğur məlum deyil, amma əyləncəyə zəmanət verilir!” şərhi ilə paylaşıb. Bildirilir ki, partlayışa gəminin mühərrikinin təhlükəsizlik divarının üstündəki boşluqda havalandırma tutumunu aşaraq təzyiq yaradacaq qədər böyük olan oksigen-yanacaq sızması səbəb olub. Mask “Starship” raketində yanğınsöndürmə sistemi də daxil olmaqla bəzi dəyişikliklərin ediləcəyini bildirib.

Qeyd edək ki, “Starship” Aya və daha uzaqlara kosmik missiyalar üçün hazırlanıb.

Seçilən
9
metbuat.az

1Mənbələr