Donald Trampın yeni administrasiyası humanitar sığınacaq almış əcnəbilərin, o cümlədən ukraynalıların və venesuelalıların ABŞ-də müvəqqəti qalma müddətini uzatmayacaq.
Qaziler.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Senatında dinləmələr zamanı Cənubi Dakota ştatının qubernatoru, Daxili Təhlükəsizlik katibi vəzifəsinə namizəd Kristi Noem deyib.
O, Müvəqqəti Qorunan Statusun sığınacaq və iş icazəsi proqramının Bayden administrasiyası tərəfindən sui-istifadə edildiyini və manipulyasiya edildiyini söyləyib.
"Bundan sonra indiki kimi müddətin uzadılması olmayacaq", - Noem deyib.
O, qeyd edib ki, Müvəqqəti Qorunma Statusu əvvəlcə müvəqqəti tədbir kimi nəzərdə tutulmuşdu və hazırda ABŞ-də sığınacaq hüquqlarının uzadılması narahatlıq doğurur.
QAZİLER.AZ