İnternetdə nasist Almaniyasının lideri Adolf Hitlerin mümkün məşuqəsi, ingilis qadın Unity Mitfordun gündəliyindən çıxarışlar yayılıb. Sənədləri Britaniyanın Daily Mail qəzeti dərc edib .
AzNews.az-ın xəbərinə görə, bildirilir ki, səs yazılarının həqiqiliyini təsdiqləmək üçün bütün lazımi addımlar atılıb. Xüsusilə, mütəxəssislər əl yazısı, kağız və mürəkkəblə bağlı materialı tədqiq ediblər. O da qeyd olunur ki, bu qeydlər əvvəllər heç yerdə dərc olunmayıb.
Qəzet onları silsilə nəşrlər şəklində çap etdirmək niyyətindədir.
Nəşrin yazdığına görə, Mitford öz gündəliyində fürerlə ikinci dünya müharibəsi başlayana qədər beş il ərzində özəl münasibətinin sirlərini təsvir edib. Qəzetin yazdığına görə, gündəliklər Hitler və onun məşuqəsi olmuş ingilis qadını haqqında “intim və dəhşətli ifşalarla doludur”.