AZ

Molla rejiminə arxadan zərbə...

Ermənilər “qan qardaşları”na xəyanət etməyə hazırlaşır

Dünya tarixində heç bir zülmkar imperiya öz hikkəsini sonadək yeridə bilməyib və təməlinə qədər dağılıb. Hanı yer kürəsinin üçdə birini işğal etmiş Çingiz xanın monqol imperiyası? Qüdrətli Roma imperiyası, Napaleon Fransası, Hitler Almaniyası, Sovet İttifaqı xalqların qanı üzərində qurulduğu üçün uzun sürmədilər. Özündən əvvəlkilərin acı aqibətindən özü üçün dərs götürməyən İran imperiyası da məntiqi sonuna yaxınlaşır. Artıq başı üzərində qara buludların sıxlaşdığı zülm məkanında da haqq-ədalətin bərpa olunacağı zaman yetişməkdədir. ABŞ-la, İsraillə və Qərb dövlətləri ilə İrana hücum edəcək ölkələrdən biri kim olsa yaxşıdır? Heç təəccüblənməyin əlbəttə, Ermənistan! Bu mövzu artıq İrəvanda ekspertlər səviyyəsində də müzakirə olunur. Onların hərəsi bir variant irəli sürür.

“Hər bir ölkənin İrana qarşı müharibədə hansı mövqe tutacağına qərar verməsinin vaxtı çatıb. Paşinyan da öz qərarını verib və şübhəsiz ki, o və kmandası İrana qarşı müharibə üçün Ermənistanın bütün resurslarını səfərbər edəcək.”

Bu sözləri erməni ekspert Ayk Nahapetyan yerli mediaya müsahibəsində deyib. O bildirib ki, İran yaxşı silahlanıb, ballistik və uzaqmənzilli hipersəs raketlərinə malikdir: “İran İraq deyil. İranı işğal etmək və orada quru hərbi əməliyyat keçirmək üçün 1 milyon əsgər lazımdır və bu, 5-6 ay çəkəcək. ABŞ Dövlət katibi Antoni Blinken “Gələn həftə Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək” deyərkən, yaradılan komissiyanın bu işləri sürətləndirmək üçün Ermənistana gələcəyini nəzərdə tutub”, - o bildirib.

Nahapetyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan Zəngəzurun qapılarını ilk növbədə hərbi baxımdan açıb və rus qoşunlarının da oradan çıxarılması təsadüfi deyil. Ehtimal olunur ki, ABŞ-ın Ermənistanla strateji tərəfdaşlıq bərədə sənədini imzalaması da qarşı tərəfin İrana hücum planlarının həyata keçirilməsinə hesablanıb.

Görəsən daim Ermənistanın “daşını sinəsinə döyən”, Azərbaycana hər cür düşmənçilik edən İranın molla rejimi necə dəhşətli səhv etdiyini başa düşübmü, yoxsa kasıb və dar qafasına bu reallığı da yerləşdirə bilmir?

Unuda bilmərik ki, Azərbaycan ərazilərini işğal edən Ermənistana qoşulub ona dəstək verənlərdən biri də İran İslam Respublikası idi. Əslində İslam onun yalnız adında qalıb. Əməli isə İslamın düşmənlərinin əməlidir. Bunu öz təcrübəmizdə gördük. Məscidlərimizdə ermənilərin donuz, mal-qara saxladıqlarını, müqəddəs dini ocaqlarımızın və qəbristanlıqlarımızın vəhşicəsinə dağıdılmasını yaxşı bilən molla rejimi buna qarşı etiraz səsini bircə dəfə də olsa qaldırmadı, dolayısı ilə xalqımıza qarşı törədilən vandalizmə haqq qazandırdı. Hətta gizli surətdə öz qoşunlarını 20 kilometrlik məsafədə ərazilərimizə yeritdi. Bizə çatan qeyri-rəsmi məlumatlara görə farslar hər kəndimizi  ermənilərdən 15 min dollara alaraq inzibati binaları və yaşayış evlərini sökərək tikinti materiallarını daşıyıb aparmışlar. Kiminsə evinin qarət edilmiş materialları ilə tikilən evlər abad ola bilərmi? Əlbəttə, ola bilməz.

Satqın molla rejiminin son otuz altı ildə bizə qarşı etdiyi qatı düşmənçilikləri haqqında kitablar yazmaq olar və yazılmalıdır ki, gələcək nəsillərimiz dostunu-düşmənini tanısın.

İndi İranın “quyrğu qapı arasında qalıb”, ancaq Azərbaycandan dəstək istəməyə üzü yoxdur. Çünki hətta Qarabağ müharibəsində Qələbəmizdən sonra da Azərbaycana qarşı düşmənçilik hərəkətləri etməkdən, bizi hədələməkdən, böhtan atmaqdan, müharibə ilə təhdid etməkdən, işğalçı Ermənistana hər cür yardım göstərməkdən əl çəkmədi. Amma dünyanın atkeçməz yolları var. İndi həmin Ermənistandır ki, bu gün öz ərazisini ABŞ və Qərb dövlətlərinin ixtiyarına verməklə bərabər, İranla müharibə etməyə hazırlaşır. Ermənistanın yeni müttəfiqləri onun razılığı ilə İran sərhədinin yaxınlıqlarına hərbi kontingent toplayır.

Ağayi mollalar, heç olmasa barı indi qandınızmı ki, kiminlə dost, kiminlə düşmən olmaq lazım imiş?

“İşi bərkə düşən”  satqın mollalar bir neçə gün əvvəl təhlükəsizlik şurasının katibi  Əli Əkbər Əhmədianı Bakıya göndərməli olublar. O, guya könlümüzü almaq üçün Qarabağdakı hərbi qələbəmizi beş ildən sonra təbrik etdi. Hamımız onun beş il gecikmiş “təbrikini” acı istehza ilə dinlədik. Ona görə ki, necə deyərlər, üzrü günahından betər oldu. Bu da molla reliminin riyakarlığnın yeni variantı oldu.

Bakıdan sonra Əhmədian dəstək almaq ümidi ilə İrəvana, “qan qardaşları”nın hüzuruna getdi.  Ancaq görünür, İrəvanda ona üz verməyərək peşman geri qaytarıblar. Çünki həmin məqamda “qan qardaşları” rəsmi İrəvanın İrana hərbi müdaxilə olacağı təqdirdə onun yanında olmayacaqlarını hiss etdiriblər. Beləliklə, irticaçı rejim ortada müttəfiqsiz və dəstəksiz qalıb. Bir zamanlar əzizlədikləri hay yırtıcıları isə indi dişlərini onların özünə qıcıyırlar. Belə də olmalı idi, axı, pis əməllərin 40 gün ömrü olur-deyiblər. İllərdir İrana qurudan hücum etməyə fürsət axtaran ABŞ və müttəfiqləri Ermənistanın sayəsində bu fürsəti ələ keçiriblər. Deyildiyi kimi, Ermənistan İrana hücuma hazırlaşan dövlətlərin hərbi mütəxəssislərini öz ərazisində yerləşdirib.

Yaxın qonşularına müstəmləkəçi kimi baxan, onlara olmazın xəyanət edənlər sonda zərər görüblər və bundan sonra da görəcəklər. İranın cəllad molla rejimi kimi. Allah bunlara qotur versin, qaşımağa dırnaq verməsin.

Vəli İlyasov, “İki sahil”

Seçilən
19
ikisahil.az

1Mənbələr