Rusiyadan İrana çəkiləcək qaz kəməri Azərbaycandan keçəcək. Bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyov jurnalistlərə bildirib.
“Azərbaycandan keçən marşrut razılaşdırılıb. Biz indi danışıqların sonuncu - qiymətin təsdiqi mərhələsindəyik. Həcmlər artıq qeydə alınıb. Qiymət hər zaman kommersiya məsələsidir, kompromis axtarışıdır. Buna görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymətlə bağlı yanaşma işləyib hazırlayırlar”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, birinci mərhələdə tədarük potensialı 2 milyard kubmetr təşkil ediləcək və perspektivdə bunu 55 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.
ZÜMRÜD