AZ

Alimlər “meqaquraqlıq” təhlükəsi barədə xəbərdarlıq etdi

İsveçrə İnstitutunun bir qrup alimi Yer kürəsində "meqaquraqlığ"ın olacağını proqnozlaşdırırlar. Tədqiqatçılar deyirlər ki, quraqlığın ildən ilə artması proqnozun baş tutma ehtimalını gücləndirir.

Teleqraf.com xəbər verir ki, nəticələr "Science" jurnalında dərc olunub.

Elmi iş 1980-ci ildən 2018-ci ilə qədər baş vermiş "meqaquraqlıqlar"ın xəritələşdirilməsinə əsaslanır. Bunun üçün alimlər məlumatların toplanması və emalının innovativ üsullarından istifadə ediblər. Bu təkcə quraqlıq faktlarını qeyd etməyə deyil, həm də onların şiddət dərəcəsini qiymətləndirməyə imkan verib.

Qeyd edilir ki, statistik məlumatlara görə, hər il quraqlıq təxminən beş milyon hektara yaxın əraziyə təsir edir ki, bu da ekosistemlər və insan həyatı üçün təhlükəli nəticələr yaradır.


Müəllif: Arzu
Yer
Seçilən
6
teleqraf.com

1Mənbələr