Bakı. Trend:
“Atletik” klubunun yarımmüdafiəçisi Ander Herrera karyerasınıArgentinanın məşhur “Boka Xuniors” klubunda davam etdirəcək.
Trend xəbər verirki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buenos-Ayres təmsilçisi 35 yaşlı futbolçu ilə 2026-cı ilinsonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb. "Boka Xuniors"İspaniyadan təzminat ödəməyib.
Qeyd edək ki, Herrera 2023-cü ilin yanvarından “Atletik”də çıxışedirdi. İspaniya millisinin sabiq üzvü Bilbao klubunda 14 rəsmioyunda meydana çıxıb. Təcrübəli yarımmüdafiəçi əvvəllər “Saraqosa”,“Mançester Yunayted” və PSJ-də də forma geyinib.