Mütəxəssislər hansı balıqda daha çox omeqa-3 olduğu müəyyən ediblər.
Milli.Az xəbər verir ki, Somon, siyənək, skumbriya və sardina omeqa-3 yağ turşuları ilə ən zəngin balıqlardır. Araşdırmalar göstərir ki, bu balıqlar ürək xəstəlikləri riskini 15% azaldır.
Bu balıqlar xüsusilə ürək problemi olan insanlar üçün böyük əhəmiyyət kəsb edir. Araşdırma "Circulation" jurnalında dərc edilib.
Araşdırmada bildirilir ki, omeqa-3 yağ turşuları ilə zəngin olan yağlı balıqları daha çox istehlak etmək lazımdır. Omeqa-3-lərin faydaları təkcə ürək sağlamlığı ilə məhdudlaşmır.
Bu yağ turşuları immun və sinir sistemlərinin düzgün işləməsi üçün də lazımdır.
Omeqa-3 yağ turşuları uşaqların intellektinin tam inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də, uşaqların qida rosyonuna qızılbalıq və ya skumbriya kimi balıqları əlavə etmək vacibdir. (Demokrat.az)
Milli.Az