AZ

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ilin ən təhlükəsiz minik avtomobilləri açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Euro NCAP" təşkilatı aparılan crash-testlərin nəticələrinə əsasən xəbər verib.
Bildirilir ki, "Ən təhlükəsiz elektromobil" kateqoriyasında "Zeekr X" krossoveri qalib gəlib. Bundan əlavə, bu model kiçik krossoverlər sinifində ən yaxşı avtomobil kimi tanınıb.
Ən təhlükəsiz böyük krossover "Mazda CX-80" modeli seçilib.
Böyük ailə avtomobilləri reytinqində "Skoda Superb" lider olub.
Həmçinin mütəxəssislər Çinin "Maxus eTerron 9" modelinin yüksək təhlükəsizliyini qeyd ediblər.
Kateqoriyalardan asılı olmayaraq mütləq qalib isə "Mercedes-Benz E-Class" olub.
Qeyd edək ki, "Euro NCAP" - avtomobillərin aktiv və passiv təhlükəsizliyini qiymətləndirən və müstəqil qəza testləri keçirən Avropa təşkilatıdır.
Seçilən
9
5
oxu.az

7Mənbələr