AZ

Seçki bülletenlərinin hazırlanması prosesi sabah başa çatır

Sabah seçki bülletenlərinin hazırlanması prosesi başa çatır.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Proses Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, səsvermə gününə ən azı 10 gün qalanadək başa çatdırılmalıdır.

Təqvim planında bu müddət yanvarın 19-na qədərdir.

Xatırladaq ki, yanvarın 29-na təyin olunan bələdiyyə seçkilərində 16 min 128 nəfərin namizədliyi qeydə alınıb.


Müəllif: Məlik Məlikov
Seçilən
16
teleqraf.com

1Mənbələr