"Barselona" unikal uğuru ilə öyünür.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun “Youtube” izləyicilərinin sayı 20 milyonu ötüb.
Bu barədə sosial şəbəkə hesabənda məlumat yayan “Barsa” abunəçi sayı baxımından dünyada ilk klub olduğunu bildirib və buna görə azarkeşlərinə təşəkkür edib.
Milli Basketbol Assosiasiyası abunəçi sayına görə Kataloniya klubunu keçən yeganə idman kanalına malikdir - 20,1.
"Barselona"nın əzəli rəqibi "Real Madrid" hazırda rəsmi "Youtube" kanalında 16,3 milyon abunəçiyə sahibdir. "Atletiko Madrid"in bu platformada 3,91 milyon abunəçisi var.
Qeyd edək ki, "Barselona" 19 oyunda 38 xal toplayaraq La Liqanın turnir cədvəlində üçüncü yerdədir və "Atletiko" ilə "Real"dan geri qalır.
Mirağa