PSJ “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı rəsmən heyətinə qatıb.
Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı Kvaratsxeliya yeni klubunda 7 nömrəli formanı geyinəcək.
Razılaşmaya görə, Xviça 2029-cu ilin iyun ayınadək PSJ-nin şərəfini qoruyacaq.
O, klubun tarixində ilk gürcüstanlı futbolçudur.