AZ

İslam İnkişaf Bankından iqlim maliyyəsinin artırılması ilə bağlı öhdəlikləri barədə AÇIQLAMA

Bakı. Trend:

COP29-da qəbul olunmuş birgə bəyanat çərçivəsində İslam İnkişafBankı (İİB) ambisiyalı iqlim hədəflərinə dəstək olmaq üçün bir sırakonkret addımlar atmağı öhdəsinə götürüb.

Bunu İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Cəssir Trend-ə verdiyi özəlmüsahibədər bildirib.

İİB Qrupunun sədri qeyd edib ki, COP29-da çoxtərəfli inkişafedən banklar iqlim dəyişikliyinə qarşı mübarizəyə 2030-cu ilə qədərillik 170 milyard dollar civarında yatırımların qoyulması ilə bağlıproqnozlarını elan ediblər ki, onlardan 120 milyardı aşağı və ortagəlirli ölkələrə yönləndiriləcək.

“COP29-da qəbul olunmuş birgə bəyanat çərçivəsində, İİBambisiyalı iqlim hədəflərinə dəstək olmaq üçün bir sıra konkretaddımlar atmağı öhdəsinə götürüb. İİB Qrupda biz 2025-ci ildə bizimiqlim layihələrinin maliyyəşməsinin ümumi həcminin 35 faiziniayırmaq kimi ambisiyalı hədəf müəyyən etmişik: həmin vəsaitinəhəmiyyətli hissəsi adaptasiyaya və dayanıqlılığa yönəldiləcək.

2023-cü ildə Bankın təsdiq etdiyi layihələrin ümumi həcminin 46faizi iqlim təşəbbüslərinə istiqamətləndirilib ki, bu da öznövbəsində bizim aşağı karbonlu və iqlimə dayanıqlı layihələrəmöhkəm və ambisiyalı dəstəyimizi əks etdirir. Biz öz suverenəməliyyatlarımızı tam olaraq Paris sazişinin hədəflərinəuyğunlaşdırmışıq və beləcə, öz maliyyə axınlarımızın aşağı karbonluvə iqlimə dayanıqlılıq inkişaf yollarını dəstəkləməsini təminetmişik”, - deyə Əl-Cəssir bildirib.

O qeyd edib ki, İslam maliyyə bazarı vasitəsilə innovativmaliyyə alətlərinin tətbiqi üçün, İİB iqlim təmayüllü layihələrəlazımi resursları səfərbər etməklə, “yaşıl” və dayanıqlı sukuklarındayanıqlı maliyyələşməsi çərçivə proqramının istismarını davametdirəcək.

"Biz üzv ölkələrimizin iqlim tədbirləri planlarını hazırlayıbtətbiq etmələri üçün texniki dəstək və potensialın inkişafetdirilməsi istiqamətində səylərimizi artıracağıq. Bundan savayı,əlavə resursların və ekspertizanın iqlim tədbirlərinə yönəldilməsiüçün digər çoxtərəfli inkişaf bankları, beynəlxalq təşkilatlar vəözəl sektor iştirakçıları ilə tərəfdaşlıqları və əməkdaşlığımöhkəmləndirəcəyik. Bu öhdəliklər üzv ölkələrdə əhəmiyyətli vətransformasiyaedici dəyişikliklərə nail olmaq, onların dayanıqlıinkişaf və iqlim dəyişikliyi şəraitində dayanıqlılığı gücləndirməksəylərini dəstəkləməyə olan sadiqliyimizi əks etdirir", – deyə İİBQrupunun sədri əlavə edib.

X: @Lyaman_Zeyn

Məqalədə:
Seçilən
18
1
az.trend.az

2Mənbələr