AZ

Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətində çıxış etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Kayseri vilayətindəki konqresində çıxış edib.

Çıxışında Suriya məsələsinə toxunan Türkiyə prezidenti 61 ildir xalqına zülm edən Bəəs rejiminin bir neçə gün ərzində süquta uğradığını və Əsədin arxasına belə baxmadan Suriyadan qaçdığını qeyd edib.

Rəcəb Tayyib Ərdoğan deyib: "Türkiyənin məqsədi Suriyanın terrorçulardan tamamilə təmizlənməsidir". Dövlət başçısı bunun dinc, yaxud məcburi yolla ola biləcəyinə diqqət çəkərək deyib: "Beləliklə həm öz təhlükəsizliyimizi təmin etməyi, həm də qonşumuzun ərazi bütövlüyü, siyasi birliyi və daxili sülhün qarşısında duran maneələri aradan qaldırmağı hədəfləyirik" deyib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, DEAŞ bəhanəsi ilə bölgəmizi cəhənnəmə çevirənlər bu dəfə uğurlu ola bilməyəcək. YPG terror təşkilatı Suriyanın təhlükəsizliyi qarşısında ən böyük maneədir.  Bu terror təşkilatı vasitəsilə hazırlanan ssenarilər artıq keçərli deyil.



Seçilən
0
trt.net.tr

1Mənbələr