İspaniyalı veteran futbolçu Santi Kasorla həmyerlisi Xavi Ernandesin “Barselona”nın baş məşqçisi kimi fəaliyyəti haqda söhbət açıb.
Arena.az Kasorlanın bu barədə fikrini təqdim edir:
“Xavi məhəbbətinə və kömək etmək istəyinə görə çətin anda “Barselona”nı qəbul etdi. O, indi dünya səviyyəli futbolçulara çevrilmiş gənc oyunçulara arxalanırdı. Xavi yenidən “Barselona”ya qənimətlər uğrunda mübarizə aparmağa imkan verdi, amma o, dəyərini almadı. Bu, ona münasibətdə ədalətli deyildi”, deyə Santi Kasorla vurğulayıb.
Xatırladaq ki, “Barselona” Xavini 2024-cü ilin may ayının 24-də istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.
“Barselona” 2021-ci ilin noyabr ayından 2024-cü ilin may ayına qədər Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.
2022/2023-cü illər mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barsa”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.