AZ

Hökumənin atasının 80 mini oğurlandı - DİN-dən reaksiya

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır:

"Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atasl dələduzların qurbanı olub, onun 80 min manat pulu oğurlanıb.

Seçilən
18
axar.az

1Mənbələr