Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyidir.
Bu münasibətlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universitetinin Jurnalistika Fakultəsi, Azərbaycan Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi birgə ilin ilk tədbirini keçirəcək.
Yenicag.az xəbər verir ki, “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək proqramı” layihəsi çərçivəsində gənc jurnalistlər və tələbələr üçün təlimlər baş tutacaq.
Bu təlimlər, Azərbaycanda gənc fotojurnalistlərin və bu sahədə çalışmaq istəyən tələbələrin yaradıcılıqlarını inkişaf etdirmək və kommersiyalaşdırmaq üçün imkanlar yaratmaq məqsədi güdür.
Layihə çərçivəsində gənc fotojurnalistlər və tələbələr üçün təlimlər təşkil ediləcək. Layihə, fotojurnalistlərin və tələbələrin işlərini rəqəmsal platformalarda yaymaq və satmaq üçün imkanlar yaratmaq, həmçinin yerli və beynəlxalq əməkdaşlıqları təşviq edəcək.
Bu sahənin peşəkarlarının öz təcrübələrini bölüşdükləri təlimləri uğurla başa vuran gənclər fotojurnalistika sahəsində sertifikat alacaqlar.