AZ

"Qızıl top"un sahibi dünyasını dəyişdi

Əfsanəvi şotlandiyalı futbolçu Denis Lou 84 yaşında vəfat edib.

Fanat.Az xəbər verir ki, bu barədə "Mançester Yunayted" məlumat yayıb. 

Lou 1962-73-cü illərdə "Old Trafford"da 11 mövsüm keçirib, komanda ilə iki çempionluq (1965, 1967) və UEFA Çempionlar Liqasının (1968) qalibi olub. Azarkeşlərin "Kral Denis" adlandırdığı şotlandiyalı "Mançester Yunayted"in heyətində ümumilikdə 404 matça çıxaraq 237 qol vurub. Bu göstərici Bobbi Çarlton (249) və Ueyn Runidən (253) sonra üçüncü ən yaxşısıdır.

Lou həmçinin Şotlandiya millisinin heyətində 55 matçda 30 qol vurub və bu, hələ də rekorddur.

Denis 1964-cü ildə "Qızıl top"a yiyələnib. 

2021-ci ildə Louya Alzeymer diaqnozu qoyulub və o, həmin vaxtdan bəri nadir hallarda ictimaiyyət qarşısına çıxıb.

Mirağa

Seçilən
2
fanat.az

1Mənbələr