AZ

DİN-dən Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı AÇIQLAMA

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Day.Az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məluymat yayıb.

Bildirilib ki, araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Atası Cəlil Əliyevin kart hesabından ümumilikdə 80 507 manat pul çəkilib. Kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Seçilən
14
4
day.az

10Mənbələr