Musavat.com xəbər verir ki, Real TV-nin canlı yayımında deputat Hikmət Babaoğlunun vəziyyəti qəfildən pisləşib, buna görə də proqram yarımçıq dayandırılıb.
Belə ki, “Sabaha Elnarə ilə” proqramında çıxış edən deputat Hikmət Babaoğlu və DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev vacib mövzular ətrafında müzakirə aparırdılar.
Müzakirələr zamanı deputat Hikmət Babaoğlu aparıcı Elnarə xanıma müraciət edərək, özünü pis hiss etdiyini və efirdən çıxmaq məcburiyyətində olduğunu bildirib. Bu səbəbdən yayım dayandırılıb.
Deputatın vəziyyəti ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir. Musavat.com həmin anların görüntülərini təqdim edir.
Musavat.com